Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti 73 milyon dolları ötüb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti 73 077 127 ABŞ dollarına çatıb. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinə istinadən məlumat verib.Sentyabrın 1-i vəziyyətinə Fondun AZN hesabındakı vəsait 57 154 936 manat (72 864 558 USD), ABŞ dolları ilə olan hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait 593 avro təşkil edib.

Artım manat hesabında olub. Dollar, avro və Rus rublı ilə hesabllara vəsait daxil olmayıb.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

KATEQORIYA:
Bu xəbəri paylaş