Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti 8 ayda 5.9 milyon manat artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna daxil olan vəsait son 8 ayda 5 923 318 manat artıb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
1 sentyabr 2015-ci il tarixədək Fondun manat hesabına yığılan vəsaitin həcmi 66 526 420,27 AZN, ABŞ dollar ilə olan hesaba 211 791,88 ABŞ dollar, Avro hesabına yığılan vəsait isə 593,69 avro olub.

Vəsaitin artımı manat hesabında baş verib. Dollar və avro hesablarındakı vəsaitin həcmi dəyişməz qalıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

KATEQORIYA:
Bu xəbəri paylaş