Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti yanvar ayında 936 615 manat artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsaitin həcmi cari ilin ilk ayında 936 615 manat artıb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fevralın 1-i tarixinə Fondun manat hesabındakı vəsaitin həcmi 51 691 129 AZN təşkil edib. ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 dollar, Avro hesabındakı vəsait 593 Avro təşkil edib. Rus rublu ilə hesaba isə vəsait daxil olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

KATEQORIYA:
Bu xəbəri paylaş