Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsaitin həcmi artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsaitin həcmi son bir ayda 736 182 manat artıb.

“AzeriDefence”-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1 iyun 2015-ci il tarixinə Fondun manat hesabındakı vəsait 63 984 837 manat, ABŞ dolları ilə olan vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

Fondun ABŞ dolları, avro və rus rublu ilə hesablarına son bir ildə vəsait daxil olmayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş