Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına yığılan vəsaitin həcmi son bir ayda 1 240 944 manat artıb. Bu barədə “AzeriDefence.com” saytına Müdafiə Nazirliyindən məlumat verilib.

Iyun ayının 1-nə olan məlumata görə, Fondun Azərbaycan manatı ilə açılmış bank hesabına toplanmış vəsaitin həcmi 26 611 766 manat təşkil edib.

Fondun ABŞ dolları ilə açılmış hesabındakı vəsait isə 3 min dollar artaraq 196 791 ABŞ dollarına çatıb. Avro hesabındakı vəsait isə dəyişməyib – 593 Avro

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

KATEQORIYA:
Bu xəbəri paylaş