Silk Way Helikopters 2 yeni EC 135T2 helikopterini istismara qəbul edib

Azərbaycanın Silk Way Helikopters (SWHS) şirkətinin bazasında yeni alınmış 2 ədəd EC 135T2 tipli helikopter istismara qəbul olunub. Bu barədə “AzeriDefence” SWHS şirkətinin saytına istinadən məlumat verib.

Helikopterlər hava nəqliyyatı vasitəsi ilə təcili tibbi yardım xidmətləri (Air Ambulance) göstərmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC və “Eurocopter” şirkəti arasında 2010-cu ildə hava nəqliyyatı vasitəsilə Təcili Tibbi Yardım xidmətlərinin həyata keçirilməsi məqsədilə iki ədəd EC 135T2 tipli helikopterlərin alınmasına dair müqavilə bağlanıb. Helikopterlər Bakıya ötən ilin sonlarında çatdırılıb.

EC 135T2 tipli helikopterlərin uzunluğu 10.16 metr, hündürlüyü 3.23 metr, boş çəkisi 1300 kq-dır. Hər biri 470 at gücünə malik 2 ədəd “Turbomeca Arrius 2B” mühərriki ilə təchiz olunmuş helikopterin maksimal sürəti 287 km/saat, kreyser sürəti 270 km/saat, praktik hündürlüyü 6100 metr, uçuş hündürlüyü 4750 metr təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş