“Silkway Helicopters”in “Мi-8” helikopteri qəza enişi edib

Azərbaycanda “Silkway Helicopters” aviaşirkətinə məxsus “Мi-8” helikopteri qəza enişi edib, xəsarət alan yoxdur.

“AzeriDefence”nin  AZƏRTAC-a istinadən verdiyi xəbərinə görə, “Silkway” şirkətinin mətbuat xidmətindən bildirilib ki, mayın 27-də “Silkway Helicopters” aviaşirkətinin “Мi-8” helikopteri Xəzər dənizində Çilov adasına məcburi eniş edib.

Helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin helikopter də zərər görməyib.

“Neft Daşları” yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub.

Sərnişinlər təyinat məntəqəsinə “Silkway Helicopters” aviaşirkətinin digər helikopterləri ilə çatdırılacaq.

Hazırda bu hadisənin araşdırılması ilə məşğul olan xüsusi komissiya yaradılıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş