Şimal qütbündə pilotsuz maşınlardan istifadə olunacaq

Rusiyanın “Traktornıye zavodı” şirkəti şimal qütbündə istifadə edilməsi üçün nəzərdə tutulan TM-140A markalı pilotsuz (sürücüsüz) tırtıllı yük maşının istehsalına başlayacaq.

“AzeriDefence”in xarici mediaya istinadən verdiyi məlumatına görə, bunu açıqlamasında şirkətin vitse-prezidenti Albert Bakov deyib.

O bildirib ki, məqsəd ağır – soyuq şəraitdə fəaliyyət göstərən missiyalara yüklərin daşınmasında insan faktorundan istifadə etməyək. Bu səbəbdən də pilotsuz tırtıllı maşınların istehsalına başlamaq niyyətindəyik. Artıq bu istiqamətdə işlərə başlanılıb.

A.Bakovun sözlərinə görə, amfibiya funksiyalı ТМ-140А maşınları tırtıllıdır və Arktika bölgəsində geniş istifadə olunur.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş