Şimali Koreya ordusu iki adaya desant çıxardı – FOTOLAR

Şimali Koreya lideri Kim Çen İnin və ordu generalların rəhbərliyi altında Silahlı Qüvvələrin təlimi keçirilib.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, Kim Çen İn təlimin keçirildiyi adada silahlı qüvvələr tərəfindən xüsusi əməliyyatla şərti düşmən obyeklərinə zərbələrin endirilməsini izləyib.

Təlimlərdə müxtəlif artillerya sistemləri və reaktiv silahlardan istifadə olunub. Plana uyğun olaraq Pekryon və Böyük Yonpxyon adaları atəşə məruz qalıb, şərti düşmən təyyarlərinə zərbələr endirilib.

Təlimlərin yekununda Şimali Koreya lideri güclü zərbə ilə adanın zərərsizləşdirilməsi və yarışların uğurla başa vurulmasından çox məmnun olduğunu bildirib.

Kim Çen İnin sözlərinə görə, müəyyən edilmiş obyektlərə edindirilən zərbələr təlim formal şəkildə deyil, real şəkildə həyata keçirilib. Bu da ordunun hərtərəfli inkişafı üçün müsbət amildir:

Təlim fotolarında Şimali Koreya ordusunun xüsusi təyinatlılarının istifadəsində yer alan bir sıra yeni silahlar və optik cihazlardan istifadə olunduğu görünür.

KATEQORIYA:
Bu xəbəri paylaş