Şimali Koreya Quam adasına raket hücumu hazırlayır

Şimali Koreyanın dövlət mediası, ölkə lideri Kim Çen İnin ABŞ ərazisi olan Quam adasına raket hücumu planı hazırladığını bildirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, yayılan xəbərlərdə Şimal Koreya liderinin Quama hücum hazırlığının ABŞ-ın etdiyi hücumlar qarşılığında edəcəyi qeyd olunub.

Dövlətin rəsmi xəbər agentliyi olan KCNA-nın verdiyi xəbərdə bildirilir ki, Kim Çen İn uzun müddətdir bu məsələni araşdırıb, incələyir. Həmçinin, raket hücumunun komandanlıq səviyyəsində müzakirə edildiyi də deyilir.

“Yaxınlığımıza çox sayda nüvə avandılığı gətirən ABŞ dövləti, ilk növbədə düzgün qərarlar qəbul etməlidir. Əgər Koreya yarımadasındakı təhlükəli müharibənin qarşısını almaq istəyirsə, bunu hərəkətləri ilə də göstərməlidir”, – deyə Şimal Koreya lideri vurğulayıb.

Bununla yanaşı, Kim Çen İnin orduya raket atmağa hazır olması ilə əlaqədar əmr verdiyi də bildirilib.

Məlumatda o da qeyd olunub ki, ABŞ-ın müdafiə naziri Ceyms Mattis, Şimali Koreyanın hər hansı bir hücumunun sürətlə müharibəyə çevrilə biləcəyi xəbərdarlığını edib.

Müdafiə nazirinin sözlərinə görə, ABŞ ordusu ölkəsini hər zaman, hər şəkildə və hər yerdə qoruya bilər. Cənubi Koreya hökuməti isə, təhlükə riskinin artmasından sonra ABŞ-a problemin diplomatik yolla həll edilməsi çağırışı edir.

Dövlət başçısı Mun Jae, Cənubi Koreyanın əsas milli mənafeyinin sülh olduğunu açıqlayıb. O, həmçinin Şimalı Koreyanın düşməncəsinə bəyanatlar səsləndirməsini dayandırmağa çağırıb.

Sözügedən məsələyə münasibət bildirən Cənubi Koreyanın müdafiə naziri açıqlmasında qeyd edib ki, Şimali Koreyanın nüvə silahını inkişaf etdirməsi ən az bir ya da iki il davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş