Şimali Koreya Yapon dənizinə orta mənzilli üç ballistik raket atıb

Şimali Koreya Yapon dənizində orta mənzilli üç ballistik raketin atışını həyata keçirib

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın hesablama sisteminin Sakit okean komandanlığının nümayəndəsi bildirib.

Raketlər yerli vaxtla 11:49 və 12:19 arasında Kanvondo əyalətindən buraxılıb.

Raketlərdən biri atıldıqdan sonra, hədəfə çatmadan partlayıb.

Pxenyanın ballistik raketləri sınaqdan keçirdiyi ehtimal edilir.

ABŞ Aerokosmik Müdafiəsinin Birləşdirilmiş Komandanlığı açıqlama verib ki, Şimali Koreyanın ballistik raketləri ABŞ üçün təhlükə törədə bilməz.

Məlumatda bildirilir ki, Koreya yarımadasında vəziyyət gərgin olaraq qalır. ABŞ öz növbəsində müttəfiqlərlə regionda genişmiqyaslı dəniz təlimlərini davam etdirir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş