Şimali Koreyada lazerlə idarə olunan raket kompleksi yaradılıb

Şimali Koreya Xalq Demokratik Respublikasında (KXDR) tankəleyhinə lazerlə idarə olunan raket kompleksi yaradıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, KXDR hərbi sənayesi “Bulsae-3” adlandırılan kompleksin yekun sınaqlarında ölkə rəhbəri Kim Çen In da iştirak edib.

Kompleks haqda geniş məlumat verilməsə də qısaca qeyd olunub ki, silah yaxşı zirehlə örtülmüş tankları sıradan çıxartmaq imkanına malikdir.

Rusiyalı mütəxəssislərin sözlərinə görə, “Bulsae-3” “Bulsae-2″nin bazasında yaradılıb. “Bulsae-2” isə Sovet hərbi sənayesinin məhsulu olan 9K111 “Faqot” tank əleyhinə raket kompleksinin bazasında formalaşdırılmışdı.

 

KATEQORIYA:
Bu xəbəri paylaş