Şimali Koreyanın atdığı daha bir ballistik raket Yaponiya üzərindən keçdi

Şimali Koreya növbəti dəfə Yaponiya üzərindən keçən ballistik raket sınağı keçirib.

“AzeriDefence”nin “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Pxenyan növbəti dəfə ballistik raketi cümə günü Sunan şəhəri ərazisindən buraxıb.

Yapon və Cənubi Koreya hərbçiləri bildiriblər ki, raket təxminən 800 kilometr hündürlükdə Yaponiya ərazisi üstündən keçib və Hokkaydo adasının Erimo burunundan 2 200 kilometr aralıda okeana düşüb.

Məlumatda qeyd olunub ki, atılan ballistik raketin qət etmə məsafəsi 3 700 kilometr təşkil edib.

Növbəti raket və nüvə sınağına cavab olaraq BMT Təhlükəsizlik Şurası yekdilliklə Şimali Koreyaya ixrac və idxal imkanlarını məhdudlaşdıracaq yeni sanksiyalar tətbiq edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş