Şimali Koreyanın atdığı növbəti ballistik raket Yaponiya üzərindən keçdi

Şimali Koreyanın atdığı növbəti ballistik raket Yaponiya üzərindən keçərək Sakit okeana düşüb.

“AzeriDefence”nin RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün raket yerli vaxtla səhər saat 6 radələrində Sunan şəhəri ərazisindən buraxılıb.

Raket Yaponiya üzərindən uçaraq Hokkaydon adasının sahilindən təxminən 1.180 kilometr aralı məsafədə dənizə düşüb. Sonuncu dəfə oxşar hadisə 2009-cu ildə qeydə alınıb.

ABŞ, Cənubi Koreya və Yaponiya hesab edir ki, bu ballistik raketin sınağı idi.

Raket təxminən 550 kilometr hündürlükdə 2.700 kilometr məsafəni qət edib. Yaponiyanın hökumət nümayəndəsi Yosixide Suqa tipi məlum olmayan raketin Yapon xalqı üçün ciddi təhlükə yaşatdığını bildirib.

Y.Suqa BMT-ın Təhlükəsizlik Şurasının qətnaməsinin kobud şəkildə pozulduğunu qeyd edərək ABŞ və Cənubi Koreya ilə birgə rəsmi Pxenyana qarşı cavab tədbirlərinin görüləcəyini bəyan edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş