Şimali Koreyanın yeni raketinin sınağı uğursuzluqla nəticələnib

Şimali Koreyanın orta mənzilli raketlərinin sınaqları gözlənildiyi kimi uğurla yekunlaşmayıb.

“AzeriDefence”nin xarici mətbuata istinadən verdiyi məlumata görə, Şimali Koreya Ordusu Asiyada və Sakit Okeandakı ABŞ və ona müttəfiq qüvvələrin hərbi bazalarını vurmaq gücünə malik olduğu deyilən raketlərini sınaqdan çıxarıb.

“Musu” tipli raket komplekslərinin sınaqları Koreya rəhbərliyinin gözlənildiyi kimi nəticələnməyib. Atışdan bir neçə saniyə sonra ilk raket havada partlayıb.

Bundan sonra sınaqlar dayandırılıb.

Məlumatda o da qeyd edilib ki, Şimali Koreyanın aprelin 15-də də keçirdiyi raket sınaqları uğurla nəticələnməyib. Raket nəzərdə tutulan məsafəni qət etmədən Yapon dənizinə düşüb. 

KATEQORIYA:
Bu xəbəri paylaş