“Şimşək” döyüş modulu istifadəyə hazırdır

Müdafiə Sənayesi Nazirliyini9n “Cihaz” İstehsalat Birliyinin CAR-ın “Emerging World Technologies (EWT)” şirkəti ilə birgə hazırladığı “Şimşək” adlı döyüş modulunun testləri uğurlu alınıb.

“AzeriDefence”nin məlumatına görə, təkərli və tırtırlı döyüş maşınlarına inteqrasiya üçün nəzərdə tutulan “Şimşək” hazırda BTR-70 zirehli transportyorlarının orijinal qüllələrindən bir sıra üstünlükləri ilə fərqlənir. 14,5 mm KPVT, 23 mm-lik ZU-23 və ya 30 mm-lik 2A42 avtomatik toplarla silahlandırıla biləcək qüllə 360 dərəcə fırlana və 90 dərəcə bucaq altında hava hədəflərinə atəş aça bilir. Qüllənin güllələrə qarşı qoruması STANAG 4569 level 2 səviyyəsinə cavab verir.

Qüllədə ikinci silah olaraq 7.62 mm PKT pulemyotu yer alır.

Döyüş qülləsinin proqram təminatı azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanıb.

Mütəxəssislərin sözlərinə görə, sistem daha mobil olmaqla yanaşı, istənilən hava şəraitində hədəfləri təyin etmə və effektiv atəş aça bilmə imkanlarına malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş