“Şimşək”in ilk uçuşu uğurla gerçəkləşdi

Türkiyənin TUSAŞ şirkəti “Şimşək” yüksək sürətli pilotsuz hədəf aparatının ilk uçuşunu müvəffəqiyyətlə reallaşdırıb. Bu barədə “AzeriDefence” TUSAŞ şirkətinə istinadən məlumat verib.Uçuşda hidravlik atıcıdan istifadə edilməklə qalxma, ərazi üzərində dövrə vurma və paraşüt sistemindən istifadə etməklə eniş mərhələləri plana uyğun şəkildə müvəffəqiyyətlə tamamlanıb.

“Qarşıdakı inkişaf mərhələsində “Şimşəy”in TEI firması tərəfindən hazırlanan yerli mühərriklə təchiz edilməsi planlaşdırılır”, – deyə məlumatda bildirilib.

“Şimşək” xüsusi proqrama malik Uçuş İdarə Sistemi və Yer İdarə Stansiyas vasitəsi ilə uçuş əvvəli və ya uçuş əsnasında təyin oluna bilən istiqamət və manevrləri (alçaq uçuş, pop-up, weave, enmə və
s.) avtonom şəkildə reallaşdıra bilir. Sistemdəki radar iz artırıcı və reaktiv mühərrik hava vasitəsinin radarla, eləcə də infraqırmızı başlıqı raket sistemləri tərəfindən təqibinə imkan verir. Hava vasitəsi üzərindəki akustik sistem sayəsində raketlərlə aradakı məsafə barədə məlumatı real vaxt rejimində Yer İdarəetmə Stansiyasına ötürür. Aparatın lazım olan zaman gözlə təqibi asanlaşdırmaq üçün İz Tüstü Sistemi və özünə atılan silahları aldatmaq üçün Qarşı Tədbir Atma Sistemi var və bu sistemlər Yer Stansiyasından idarə edilir.

“Şimşək”in qanad açıqlığı 1.50 m, uzunluğu 2.30 m, maksimum qalxma ağırlığı 75 kq, faydalı yük ağırlığı 10 kq, yanacaq tutumu 32 lt, maksimum sürəti 740 km/s, uçuş sürəti 370 km/s, uçuş tavanı 4500 m, havada qalma müddəti 1 saatdır.

KATEQORIYA:
Bu xəbəri paylaş