Sinqapur “gələcək əsgəri”nin təchizatın nümayiş etdirdi – FOTO

“Gələcəyin əsgəri” proqramı çərçivəsində Sinqapur Silahlı Qüvvələri üçün həyata keçirilən Advanced Combat Man Systems (ACMS) hərbi ictimaiyyət üçün nümayiş etdirib. “AzeriDefence”nin məlumatına görə, “ST Kinetics” şirkəti tərəfindən hazırlanmış ACMS-in bəzi komponentləri ilk dəfə olaraq “Singapore Airshow 2012” sərgi və aviaşousunda sərgilənib.

ACMS sisteminin aparıcı komponentləri əsgər kompüteri, onun enerji mənbəyi, simsiz radiostansiya və kommunikasiya vasitəsi, dəbilqəyə bağlı displey və OLED tipli işıqlandırma sistemi, əsgərin qulaqlarını partlayışın təsirindən qorumaq üçün xüsusi şlem, GPS dəstəkli naviqasiya sistemi, SAR21 tüfənginə inteqrasiya edilmiş kamera (corner shot funksiyasını təmin edir), əsgərə arxadakı düşməni görməyə imkan verən MARS sistemi və lazer tuşlayıcıdan ibarətdir.

İlk dəfə olaraq sərgidə nümayiş olunan yüngülləşdirilmiş “ACMS Lite” kommunikasiya vasitəsi ən son model ARM processoruna malikdir. Bu sistem əsgərləri şəbəkə və situasiya barədə məlumatlandırır. Eyni zamanda C2 funksiyalarını yerinə yetirir. Smartphone imkanlarına malik “ACMS Lite”nin antenasını “Bering” yük jiletinə birləşdirilmiş parça əvəz edir. ACMS-ın beyini hesab olunan bu cihaz GPS vasitəsi ilə toplanan məlumatı emal edir, əsgəri real vaxt rejimində, döyüş meydanında informasiya yeniləmələri ilə təmin edir və məlumatların digər ACMS istifadəçisinə ötürülməsi funksiyasın yerinə yetirir.

Təchizatın HELMIS adlanan termal görüş sistemi STELOP texnologiyası əsasında hazırlanıb. Müasir əsgər sistemləriı üçün inkişaf etdirilən bu sistem əsgərə tam qaranlıqda, hətta yer altında belə görmə imkanları qazandırır. Hazırda sınaq mərhələsində olan HELMİS-in çəkisi 500 qramdan azdır. Dəbilqədə quraşdırıla bilən HELMİS 30 dərəcə sahədə görməni reallaşdırmaqla yanaşı bir dəfəyə 4 saatdan çox istifadə oluna bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş