Sinqapur “Heron”u silahlanmaya daxil edib

Sinqapur Hərbi Hava Qüvvələri İsrail istehsalı olan “Heron-1” pilotsuz uçuş aparatlarını silahlanmaya daxil edib. “AzeriDefence”nin xarici KİV-lərə istinadən verdiyi məlumata görə, pilotsuz aparatlar Sinqapura 2011-ci ildə gətirilib və bir neçə ay yerli hərbçilər uçuş aparatının texniki xarakteriskası və idarəetməsini öyrəniblər.

“Heron-1” havada 24 saat qalmaq, 9 min metr hündürlükdə 200 km məsafədə uçuşu həyata keçirmək imkanlarına malikdir. Uçuş aparatında qarşı tərəfi görmək və müşahidə etmək üçün termal kameraları quraşdırılıb.

Məlumat da o da qeyd olunub ki, yeni “Heron-1” özündən əvvəlki – 1994-cü il istehsalı olan klassik uçuş aparatı hesab olunan “Searcher”i əvəzləyəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş