Sinqapur xüsusi təyinatlılar üçün yeni katerini təqdim etdi

Sinqapur Hərbi Dəniz Qüvvələri əks-təxribat, potrul və desant daşınması üçün nəzərdə tutulan, yeni silahlanmaya qəbul olunan “Катер Specialised Marine Craft” (SMC) katerini ictimaiyyətə təqdim edib.

“AzeriDefence”in yerli mediaya istinadən verdiyi məlumatına görə, barəsində bütün informasiyalar gizli salanılan SMC katerinin tikintisinə 2003-cü ildən başlanılıb.

Kater Sinqapur HDQ ilə birgə “Singapore Technologies (ST) Marine” tərəfindən tikilib.
Katerin ilk nümunəsi 2009-cu ildə silahlı qüvvələrə təqdim olunub. Hazırda HDQ-nın istifadəsində 3 SMC mövcuddur. 2017-ci ilin sonuna kimi isə bu tip 5 kater də HDQ-ya təhvil veriləcək.

SMC bütünlüklə alminiumdan konstruksiya olunub, suya rahat oturması üçü iri aşağı korpusa malikdir. Katerin çəkisi 40 ton, uzunluğu 22 metr, eni isə 5,5 metrdir. Suya oturan hissəsi isə 1,2 metrdir. Sürəti 30 uzeldir.

Katerin ekipajı komandirlə bərabər 4 nəfərdən ibarətdir.

Silahlanmasına gəldikdə, kater 12,7 mm-lik “FN Herstal M2HB QCB” pulemyot təchiz olunub.

Həmçinin, kater RLS və davamlı müşahidə aparan elektron modulla da təmin edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş