SIPRI: Azərbaycan və Ermənistan son 5 ildə idxal yolu ilə hərbi qabiliyyətlərini gücləndirib

SIPRI: Azərbaycan və Ermənistan son 5 ildə idxal yolu ilə hərbi qabiliyyətlərini gücləndirib

Son 5 ildə (2015–2019) Azərbaycan və Ermənistan idxal yolu ilə hərbi qabiliyyətlərini gücləndirib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) açıqladığı yeni hesabatda bildirilib.

Qlobal silah bazarının analiz edildiyi hesabatda Azərbaycan və Ermənistanla bağlı məqamlar da yer alıb. SIPRI-nin məlumatına görə, 2015-2019-cu illərdə Ermənistanla Azərbaycan arasında yenidən silahlı qarşıdurmalar olub: “Hər iki ölkə idxal yolu ilə hərbi qabiliyyətlərini gücləndirir, o cümlədən bir-birinin ərazisindəki hədəflərə hücum edə biləcək raketlər əldə edir. Rusiya son beş ildə Ermənistanı demək olar ki, bütün növ silahlarla təchiz edib. Azərbaycanın silah idxalının 60%-i İsraildən, 31%-i Rusiyadan olub”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş