SİPRİ: “Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb”

Stokholm Beynəlxalq Problemlərin Araşdırma İnistutu (SİPRİ) 2012-2016-cı illərdə hərbi sənaye məhsullarının ixracı və idxalına dair hesabatını açıqlayıb.

“AzəriDefence”in SİPRİ-nin rəsmi saytına istinadən verdiyi məlumatına görə, “soyuq müharibə”dən sonra son beş ildə dünyada silah satışı ən yüksək həddə çatıb.

2007-2011-ci illərlə müqayisədə hərbi sənaye məhsullarının ixracı 8.4 faiz artıb. Silah ixracı Avropa, Amerika və Afrika ölkələrinə azalarkən, kiçik Asiya və orta Asiya ölkələrinə daha çox artım olub.

ABŞ, Rusiya, Çin, Fransa və Almaniya birlikdə dünyada silah satışının ümumi həcminin 74 faizini təşkil edir.

Bunun da 56 faizi silah ticarətinə görə dünyanın ən böyük ixracatçı ölkələi olan ABŞ və Rusiyanın payına düşür.

ABŞ dünyada silah ixracının ümumi sayın üçdə bir hissəsinə sahibdir. 100 ölkəyə silah satan ABŞ ixracı yarısını orta Şərqə həyata keçirir.

Dünya hərb sənaye məhsulların ixracının 23 faizi Rusiyanın payına düşür. Rusiyanın silah ixracının 70 faizi Hindistan, Vyetnam, Çin və Əlcəzairə edilib.

Hesabatda qeyd olunub ki, Orta Şərq ölkələrinə silah idxalı demək olar ki, iki dəfə artıb.

2012-2016-ci illərdə dünyanın ən iri hərbi sənaye məhsulları idxalçısı Hindistan hesab olunur. Ümumi silah idxalının 13 faizi Hindistanın payına düşür.

Dünyanın ikinci ən böyük silah idxalçısı siyahısında 212 faiz artımla Səudiyyə Ərəbistanı yer alır.

Afrika ölkələri içərisində Əlcəzair ən çox silah idxal edən ölkədir. Bu regionda silah idxalının 46 faizi Əlcəzairin payına düşür.

Hesabatda Azərbaycanın yerləşdiyi regionla bağlı da məlumat yer alıb.

SİPRİ hesablamasına görə, hesabat dövründə Rusiya hərbi sənaye məhsulları satışının 4 faizini Azərbaycana həyata keçiriib.

Ümumilikdə isə təkcə 2012-2016-cı illərdə Azərbaycan Ermənistandan 20 dəfə çox silah satınalıb.

KATEQORIYA:
Bu xəbəri paylaş