Şirvanda MSN-in yeni istehsal sahələri istifadəyə verilib – YENILƏNİB

Bu gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin yeni istehsalat sahələri istifadəyə verilib. “AzeriDefence”nin məlumatına görə, yeni istehsal sahələrinin istifadəyə verilməsində prezident İlham Əliyev də iştirak edib.

Dövlət başçısına yeni sahələr və müdafiə sənayesində həyata keçirilən digər layihələr barədə məlumat verilib.

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” Zavodunun tərkibindəki Döyüş Sursatlarının Utilizasiya Mərkəzinin açılışında iştirak edib. Dövlət Başçısı mərkəzin maketi ilə tanış oldu.Müdafiə Sənayesi Naziri Yavər Camalov məlumat verdi ki, mərkəz xüsusiyyətlərinə görə bir-birindən təhlükəsiz məsafələrdə yerləşdirilimiş və mühafizə sipərləri ilə əhatə olunan 24 obyektdən ibarətdir. Ali Baş Komandan Utilizasiya Mərkəzinin fəaliyyətini əks etdirən filmə baxıb. Mərkəz müxtəlif çaplı mərmili atəş yığımlarının, artilleriya minalarının, qumbaraların, reaktiv mərmilərin, partladıcıların, siqnal və işıqlandırıcı patronların sökülməsi, tərkib hissələrinə ayrılması, tullayıcı və partladıcı atımların presləmə və əritmə üsulu ilə çıxarılaraq toplanması, yenidən forma dəyişikliyi verilərək qablaşdırılması üçün nəzərdə tutulub. Prezident İlham Əliyev Mərkəzi işə saldıqdan sonra utilzasiya prosesini izləyib. Proses zamanı partlayıcı maddələrin çıxarılmasından sonra alınan materialların təkrar xammal kimi istifadə edilməsi nəzərdə tutulub. Sonra dövlət başçısı “Araz” Zavodunun Döyüş Sursatlarının doldurulması Mərkəzinə gəldi və mərkəzin fəaliyyətini əks etdirən filmə baxıb. Burada 60, 82 və 120 mm-lik minaların gövdələrinin partladıcı maddələrlə doldurulması üçün xüsusi avadanlıq quraşdırılıb.Dövlət Başçısı Mərkəzi işə salıb. Proseslə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, “Doldurma mərkəzi” il ərizndə 1 növbəli iş rejimində 20 min ədəd 60 mm çaplı, 40 min ədəd 82 mm çaplı və 40 min ədəd 120 mm çaplı mərmilərin doldurulması və yiğilmasını təmin edən istehsal gücünə malikdir. “Araz” zavodunun Kapsulların Hazırlanması Sahəsi müxtəlif növ alışdırıcı kapsulların istehsalı üçün nəzərdə tutulub. Mərkəzdə il ərzində bir növbəli iş rejimində 40 milyon ədəd kapsul istehsalı nəzərdə tutulub.

Daha sonra Prezident İlham Əliyev İriçaplı Patronların İstehsalı Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı mərkəzi işə saldı və istehsal prosesini izləyib. Burada 3 növbəli iş rejimində illik istehsal gücü 7 milyon ədəd 3 növ patron istehsalı nəzərdə tutulub. Mərkəzdə avtomatlaşdırılmış mexaniki emal, ştamplama, termokimyəvi emal, texniki nəzarət, pirotexniki və partlayıcı maddələrin preslənməsi sahələri, yığım xətləri və laboratoriya fəaliyyət göstərir. Zavoddakı Nəzarət Sınaq Mərkəzi üçün yeni inzibati binada zavodda istehsal olunan xüsusi təyinatlı məmulatların taktiki-texniki xarakteristikalarının, iqlim dəyişmələrinə, nəqliyyat silkələnməsinə dözümlülüyün yoxlanılması üçün nəzərdə tutulub. Burada Atəş sınaqları aparmaq üçün 3 atış sahəsi yaradılıb.

Prezident İlham Əliyev Şirvana səfəri zamanı Bayraq Meydanında yaradılan şəraitlə tanış olub. Bayraq meydanı Heydər Əliyev prospektində ,Şirvan şəhərinin giriş hissəsində yerləşir. Meydanın ümumi ərazisi 1,3 hektardır. Bayraq dirəyinin hündürlüyü 76 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunub. Meydanda inşa olunan müasir istirahət güşəsi bura əlavə gözəllik verir.

KATEQORIYA:
Bu xəbəri paylaş