Şəki Sərhəd Dəstəsinin 20 illiyi qeyd olunub

Dövlət Sərhəd Xidmətinin (DSX) Şəki Sərhəd Dəstəsində hərbi hissənin yaradılmasının 20 illik yubileyi münasibəti ilə təntənəli tədbir keçirilib.

DSX-nın mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbirdə Dövlət sərhədinin mühafizə məsələlərini daim ciddi nəzarətdə saxlayan, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Milli sərhəd strategiyasının Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsində qaldırılması, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğu qeyd edilib.

Respublikamızın şimal sərhədlərinin keşiyində dayanan, yarandığı ilk vaxtlar heç bir zəruri sərhəd infrastrukturuna malik olmayan Şəki Sərhəd Dəstəsinin ötən dövr ərzində böyük inkişaf yolu keçərək formalaşması və dövlət sərhədinin etibarlı mühafizəsinin təşkilində yüksək nailiyyətlər əldə edildiyi vurğulanıb.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərhəd Mühafizəsinin inkişafı məsələlərinə xüsusi diqqət və qayğı göstərməsi, Ali Baş Komandanın tez-tez sərhədçilərlə görü­şərək onların problemləri ilə maraqlanması, tövsiyə və tapşırıqlarını verməsi böyük iftixar hissi ilə qeyd olunub.

Tədbirin sonunda xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltifləndirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş