Snayper tüfəngləri üçün ən yaxşı 5 optik nişangah müəyyənləşdirilib

Snayper tüfəngləri üçün ən yaxşı optik nişangahların reytinq cədvəli müəyyənləşdirilib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, “Ammoland”ın hazırladığı cədvələ əsasən, 5-ci yerdə “Steiner M5Xi Military 1-5х24” optik nişangahıdır. Nişangah ordu birləşmələri üçün hazırlanıb və cihazın qiyməti 3700 ABŞ dollarıdır.

Dördüncü pillədə “Leupold Mark 4 ER/T” optik nişangahı qərarlaşıb. Bu model 3000 ABŞ dollarına satılır.

Üçüncü yerdə güclü texniki xarakteriskası ilə “Vortex Viper HS-T 6-24х50” optik nişangahı yer alıb. Bu cihazın qiyməti 1000 dollar civarındadır. Bu model 6х-24х böyütmə qabiliyyətinə sahibdir. Obyektivinin diametri isə 50 mm-dir.

İkinci yerdə qərar tutan “NightForce C507 5.5-22х56 NXS” optik nişangahının satış qiyməti 2000 dollardır. Bu cihaz özünü hərbi əməliyyatlarda təsdiq edib. Nişangahın köməyi ilə 1170 metr məsafədə hədəfi dəqiq məhv etmək olur.

Optik cihazların arasında ən bahalı və keyfiyyətli hesab olunanı isə “Schmidt Bender” şirkəti tərəfindən istehsal edilmiş “PMII 5-25х56” nişangahıdır. Nişangahın qiyməti isə 3799 ABŞ dollarıdır. Cihaz bu günə qədər bütün sınaq və mərhələlərdən müsbət xarakteriska ilə çıxıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş