Snayperlərimiz Ermənistan Ordusunun hərbi qulluqçusunu məhv etdilər

Snayperlərimiz Ermənistan Ordusunun hərbi qulluqçusunu məhv etdilər

Cəbhə xəttində təxribat törədən Ermənistan Ordusunun hərbi qulluqçusu məhv edilib.

“AzeriDefence”nin bildirdiyinə görə, xəbəri Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Nazirliyin məlumatında bu gün saat 15:30 radəlkərində müqavilə əsasında orduda xidmət edən, 1994-cü il təvəllüdlü Zohrab Sianosyanın cəbhədə öldürüldüyü bildirilib.

RAİP – Rezident.az İnformasiya Portalının apardığı dəqiqləşmələrə görə, öldürülən Zohrab Qriqoroviç Sianosyan Ararat vilayətinin Kiçik Vedi sakinidir. Ararat vilayəti hərbi komissarlığında qeydiyyatda olan Zohrab Sianosyanın biri 2, digəri 4 yaşında olan iki qızı var.

Sianosyan müqavilə əsasında orduda xidmətə bir neçə gün əvvəl başlayıb. Onun sosial vəziyyəti pis olan valideynlərinə kömək etmək məqsədilə Ermənistan Ordusu sıralarına yazıldığı bildirilir.

RAKİB-in TƏQİB qrupunun əldə etdiyi məlumata görə Zohrab ailənin böyük oğlu olub. Kiçik qardaşı isə xarici ölkəyə işləməyə gedibmiş.

 

KATEQORIYA:
Bu xəbəri paylaş