SNİP şirkəti “Şerşen” TƏİR kompleksinin imkanlarını genişləndirir

SNİP şirkəti “Şerşen” TƏİR kompleksinin imkanlarını genişləndirir

Belarusun SNİP şirkətiyəti “Şerşen” tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksinin nəqliyyat vasitələri üzərində quraşdırılmaq üçün nəzərdə tutulan yeni nümunələrini hazırlayıb.

Bu barədə “AzeriDefence”ə SNİP şirkətindən məlumat verilib.

Nümayiş üçün nəzərdə tutulan versiyası yüngül zirehli MZKT-490100/V-1 (Volat) nəqliyyat vasitəsinə qurulmuş “Şerşen-M” TƏİRK zirehli texnikaları, düşmənin bunkerlərinin, möhkəmləndirilmiş atəş nöqtələrinin, aşağı hündürlükdə uçan helikopter və PUA-larının məhv edilməsi üçün nəzərdə tutulur. Maşının üzərində döyüş modulu ilə yanaşı teleskopik dirək (mast) üzərində stabilləşdirilmiş elektro-optik kompleks də yerləşdirilib. Elektro-optik kompleks uzaq məsafədə müşahidə aparmağa və yarıaktiv lazer özütuşlanan başlıqlı TƏİR-in hədəfə yönəldilməsini həyata keçirməyə imkan verir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, “Şerşen”in yerüstü və nəqliyyat vasitələri üçün tək, iki və dörd raket yerləşdirilmiş versiyaları var.

Yerüstü versiya sökülüb yığıla bilən, mühərrik vasitəsi ilə dönən üçayaq, idarəetmə pultu, enerji bloku, kabel və elektro-optik blokdan ibarətdir. Kompleks digər avtomatlaşdırılmış döyüş idarəetmə sistemlərinə də inteqrasiya edilə bilir.

SNİP QSC-nin baş direktoru İqor Semerikovun “AzeriDefence”ə verdiyi məlumata görə, “Şerşen” TƏİR kompleksinin unikallığı distans idarəetmə prinsipinə sahib olmalarıdır. Bu gün dünyada “Şerşen” qədər uzaq məsafədən idarə olunan TƏİR kompleksi mövcud deyil.

“Məsafədən idarəetmə konsepsiyasının reallaşdırılması ilə operatorun həyatının müdafiəsinə nail oluruq. Bu ən əhəmiyyətli məsələlərdəndir. “Şerşen”in yerüstü versiyasının operatoru 50 metrdən 100 metrədək məsafədə, kabel və portativ pultun köməyi ilə kompleksi idarə edir. Kabelli idarəetmə simsiz idarəetməylə müqayisədə daha ucuz və maneələrə qarşı daha etibarlıdır”, – deyə şirkət rəhbəri vurğulayıb.

Şirkət rəhbəri onu da qeyd edib ki, “Şerşen” kompleksində istifadə olunan TƏİR-lər lazer şüası ilə hədəfə yönəlir. Eyni işəsalma qurğusu üzərinə müxtəlif uzaqlığa malik, müxtəlif kalibrli raketlər yerləşdirmək mümkündür. Məsələn, “Şerşen-M” moduluna eyni zamanda 4 ədəd- 107 mm RK-3, 130 mm RK-2, 152 mm RK-2M və 130 mm yeni RK-2V TƏİR-ləri yerləşdirilə bilər. RK-3 TƏİR-in maksimal atış uzaqlığı 2500 m (zirehdəlmə qabiliyyəti 550 mm), RK-2 TƏİR-in atış uzaqlığı 5500 m (zirehdəlmə qabiliyyəti 850 mm), qəlpəli-fuqas döyüş başlığına malik RK-2M TƏİR-in atış uzaqlığı 5500 m (zirehdəlmə qabiliyyəti 1100 mm), RK-2V TƏİR-in maksimal atış uzaqlığı isə 8000 metrdir ( zirehdəlmə qabiliyyəti 850 mm). Sonuncu TƏİR-lər kompleksin həm də sahildən suüstü hədəflərə qarşı tətbiqinə imkan yaradır.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş