Son 15 gündə Ermənistan Ordusunun 5 taktik pilotsuz uçuş aparatı vurulub

Son 15 gündə Ermənistan Ordusunun 5 taktik pilotsuz uçuş aparatı vurulub

Son 15 gün ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində və cəbhə xəttində Ermənistan Ordusuna məxsus 5 ədəd taktik pilotsuz uçuş aparatı (PUA) vurulub.

Azeri Defence saytının məlumatına görə, bunlardan 2 PUA eyni gündə – iyul ayının 22-də zərərsizləşdirilib.

Vurulmuş PUA-lardan ikisinin modeli açıqlanmayıb. Qalan 3 PUA-nın qalıqlarından göründüyü qədər X-55 (orijinal adı “Ptero-5E”) olub.

Qeyd edək ki, X-55 PUA Rusiyanın “AFM Servers” şirkəti tərəfindən istehsal edilmiş “Ptero-5E” modelidir. Ermənistan 2013-2014 -cü illərdə Rusiyadan 5 kompleks “Ptero -5E” alıb.

Qanad açıqlığı 3030 mm, uzunluğu 2100 mm təşkil edən X-55 PUA-nın kreyser sürəti 85-115 km/saat, maksimal uçuş sürəti 180 km/saat, uçuş uzaqlığı 130 km, uçuş müddəti 8 saatdır.

Azeri Defence saytının araşdırmalarına görə, cəbhə xəttində ilk X-55 PUA 2015-ci ildə vurulub. 2015-ci ildə 1, 2016-cı ildə 3, 2017-ci ildə 1, 2018-ci ildə 2, 2019-cu ildə isə 1 ədəd X-55 PUA məhv edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş