Son beş ildə dünyanın 5 ən iri silah idxalçısı Asiya ölkələri olub

2007-2011-ci illər ərzində dünyada silah alqı-satqısının həcmi 24 faiz artıb.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə məlumat Stokholm Dünya Problemlərinin Araşdırma İnstitutunun tərəfindən açıqlanıb.

İnstitutun açıqlamasında bildirilib ki, dünyanın 5 ən iri idxalçısı Asiya ölkələri olub. İkinci yerdə Avropa (21%), üçüncü yerdə Yaxın Şərq ölkələri qərarlaşıb. Asiya ölkələri arasında siyahıya başçılığı Hindistan edir. Son 5 ildə onun payına idxalın 10 faizi düşüb. Hindistan silahının 82%-ni Rusiya alıb. Siyahıda ikinci Cənubi Koreya (6 faiz), üçüncü və dördüncü Pakistan və Çin (5 faiz), beşinci isə Sinqapur (4 faiz) olub.

Sənəddə o da qeyd olunub ki, son 10 ildə Çin eksportunun həcmi 95 faiz artıb. Bu rəqəm Çini dünyanın 6 ən iri silah ixrac edən ölkələr siyahısına salıb.

Ümumilikdə isə dünya ölkələri arasında ilk 5-likdə olan dövlətlər ABŞ, Rusiya, Almaniya, Fransa və Böyük Britaniyadır.

KATEQORIYA:
Bu xəbəri paylaş