Son bir həftə ərzində İrandan Azərbaycana 17,3 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Son bir həftə ərzində İrandan Azərbaycana 17,3 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Son həftə ərzində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının əməkdaşlarının sayıqlığı nəticəsində 17 kq 290 qram narkotik vasitənin və 195 ədəd metadon M40 həbinin, 1 ədəd 9 mm-lik “Maqnum” tapançasının, 1 ədəd tapançaya məxsus daraq və 28 ədəd patronun dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə “AzeriDefence”ə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

15 aprel tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində iki şəxsin İrandan Azərbaycan Respulikası istiqamətinə doğru hərəkətini aşkar edən sərhəd naryadı “Dayan” əmrini verib. Geriyə qaçmağa cəhd göstərən sərhəd pozucularını saxlamaq üçün havaya xəbərdarlıq atəşi açılıb və təqib edilərək yaxalanıbar. İran İslam Respublikasının vətəndaşı olan 2 sərhəd pozucusunun üzərinə baxış zamanı 1 kq 725 qram heroin, 1 kq 800 qram marixuana, 1 kq 335 qram tiryək, 400 qram metamfetamin və 195 ədəd metadon M40 həbi aşkar edilərək götürülüb.

Eyni zamanda 19 aprel tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. Sərhəd pozucusu geriyə qaçıb, hadisə yerindən ümumi çəkisi 12030 qram olan narkotik maddə (11355 qram marixuana, 620 qram heroin, 55 qram metafetamin-kristal), 1 ədəd 9 mm-lik “Maqnum” tapançası, 1 ədəd tapançaya məxsus daraq və 28 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş