Son nəsil “Armata” tankının seriyalı istehsalına başlamaq qərarı verilib – FOTOLAR

Rusiyanın yeni nəsil T-14 “Armata” yeni döyüş tankının seriyalı istehsalına 2018-ci ildən başlanılacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Uralvaqonzavod” (UVZ) şirkətin direktoru Oleq Sienko mətbuata açıqlamasında bildirib.

O. Sienko deyib ki, “Armata”nın əsas testləri uğurla yekunlaşıb və digər mərhələlərin həyata keçirilməsinə o qədər də ehtiyac yoxdur.

Xatırladaq ki, T-14 – “Armata” İkinci dünya müharibsindən sonra istehsalına başlanan tankların üçüncü nəsili hesab olunur.  İlk dəfə olaraq, tankın ekipajı döyüş komplektlərindən kənarda – zirehli kapsula da yerləşdirilib. Maşının üzərinə xüsusi örtüyün çəkilməsi, tankın radiolakasiya  sistemləri ilə görüntüsünü məhdudlaşdırır. Tank aktiv və dinamik müdafiə sistemi ilə yaxşı təchiz olunub. T-14 məsafədən idarə olunan döyüş modulu – topla və avtomatik mərmidoldurma qurğusu ilə də təchiz edilib. Maşının qülləsində və korpusunda təhlükəni görən və ona reaksiya verən optik-elektron sistemi qurulub.  T-14-ün özəlliklərindən biri də səkkizqat şassi ilə təchiz olunmasındadır. Buna qədər isə tanklar altıqatlı şassi ilə istehsal olunub. Bu platforma isə maşının keçmək imkanını, gücünü və sürətini artırır.

Tank modern radiolakasiya sistemi ilə təchiz olunub. Bu sistem eyni vaxtda 40 yerüstü və 25 hava hədəflərini izləmək imkanına malikdir. Tank yivsiz 125 mm-lik topla təchiz olunub. Bu top mövcud olan istənilən mərmini, hətta idarəolunan raketi də ata bilir. Topdan atılan mərmi 8 km-dən artıq məsafədə hədəfi məhv edə bilir.

T-14-ün qülləsi boşdur. Tank istehsalı sahəsində belə bir təcrübənin tətbiqinə yeni başlanılıb.

Döyüş meydanını müşahidə etmək üçün 360 dərəcə görüntü yaradan kamera ilə təchiz olunan T-14 ən kəskin hava şəraitində və qaranlıqda hərəkət edə edə bilir.

Maşın 12 silindirli, X-şəkilli 1500 at gücü olan dizel mühərriklə təchiz olunub. Mühərrik 12N360 markalıdır və “Transdizel” Çelyabinsk konstruktor bürosunun və Çelyabinsk Traktor zavodunun birgə məhsuludur. 48 ton çəkisi olan bu tankın 1500 at gücü olan mühərriklə maksimal sürəti saatda 90 kim-dir. Tam yanacağı ilə gediş ehtiyatı 500 kilometrdir.

Tankın hərəkətverici sistemində də dönmə və yumşaqlığı təmin edən hibroaktiv qurğu quraşdırılıb.

T-14-də V-şəkilli zirehli minaəleyhinə sistem və uzaqdan idarə olunan minaaxtaran qurğu quraşdırılıb. Bu sistem aşkar etdiyi minanı məhv edir.

“Armata” ilk dəfə 2015-ci il mayın 9-da Qələbə Günü münasibətilə Rusiyanın paytaxtı Moskvada keçirilən hərbi paradda geniş ictimaiyyətə təqdim olunub.

 

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş