“Soratnik” döyüş robotları təkmilləşdirilir

“Soratnik” döyüş robotları təkmilləşdirilir

Rusiyanın “Soratnik” adlı döyüş robotlarının üzərində təkmilləşdirmə işləri aparılır.

Bu barədə “AzeriDefence”ə “Rostex” Dövlət Korporasiyasından məlumat verilib.

Rusiya Müdafiə Nazirliyinin sifarişi əsasında təkmilləşdirilən “Soratnik” döyüş robotunun tamamlama işlərinin 2020-ci ilin dekabr ayının sonuna qədər başa çatdırılması planlaşdırılır.

“Kalaşnikov” Dövlət Şirkətinin müəssisəsində təkmilləşdiriləcək “Soratnik” döyüş robotuna sərf ediləcək vəsaitin ümumi dəyəri 128 milyon rubldan çoxdur.

Qeyd edək ki, “Soratnik” robotundan kəşfiyyat, patrul, ərazinin mühafizəsi, minatəmizləmə və digər hərbi təyinatlı məqsədlər üçün istifadə olunur. Kompleks hərbi əməliyyatlarda atəş dəstəyini də yerinə yetirə bilir. Bundan başqa robot-maşın döyüş meydanına sursat daşınması və təxliyyə məqsədli də istifadə edilə bilər.

“Soratnik” müdafiə vasitələri və rabitə sistemləri ilə də təchiz edilib. Bu qurğular passiv vəziyyətdə 10 sutka çalışır və 2,5 km məsafədə hədəfi müəyyənləşdirir. Distans istifadədə maşın 10 km məsafədə idarə olunur.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş