“Soverşennıy” gəmisi döyüş növbətçiliyinin icrasına başlayıb

 

Rusiya hərbi gəmitikinti kompleksinin yeni məhsulu olan “Soverşennıy” korveti – patrul gəmisi döyüş növbətçiliyini icra etmək üçün ilk dəfə olaraq açıq dənizə buraxılıb.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, yeni döyüş gəmisi Sakit okean hərbi donnanması üçün Amur Gəmiqayırma Zavodunda inşa edilib.

“Soverşennıy” gəmisinin subasması 2, ton, sürəti 27 uzl, maksimum üzmə məsafəsi 4 mildir.

Gəminin texniki xarakteriskası və silah arsenalı barədə heç bir məlumat verilməsə də bildirilib ki, 20380 layihəli bu korvetin Baltik dənizi üçün inşası nəzərdə tutulsa da sonradan proyekti genişləndirilib.

18 bu layihəli gəminin inşasını nəzərdə tutan zavod, artıq korveti istismara verib.

Bunlar “Sterequşiy”, “Soobrazitelnıy” (2011-ci ildə silahlanmaya verilib), “Boykiy” (2013-cü ildə sıraya daxil olunub) və “Stoykiy” (2014-cü ildən sıradadır) gəmiləridir. Daha 7 gəmi də hazırda inşaolunma mərhələsindədirlər.

Çoxməqsədli 20380 layihəli bu gəmilər yaxın məsafədə düşmənin dəniz vasitələri ilə mübarizə aparmaq üçün nəzərdə tutulub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş