Sovet aviasənayesinin “uçan qalası” fotolarda– MARAQLI
Dünya aviasiya tarixində ən iri uçan gəmi hesab edilə biləcək təyyarələr o qədər də çox deyil.
Müasir aviasiyada bu yerə yalnız iki – Airbus A380 və Antonov AN-225 təyyarələri iddialıdır. Belə ki, təyyarələrin həcmi hesablanan zaman qanadlarının ölçüsü də nəzərə alınır.
Bu baxımdan aviasiya vasitələrinin istehsalı tarixində ən maraqlı kəşflərdən biri də SSRİ təyyarə sənayesinin 20-ci əsrin əvvəllərində yaratdığı K-7 “Kalinin” təyyarəsidir.
Bu təyyarə 1930-cu illərdə Kalinin adına Konstruktor Bürosu tərəfindən yaradılıb.
Ağıtonajlı bombardımançı təyyarənin qanadlarının ümumi uzunluğu rekord səviyyədə olub – 132,5 metr.
K-7-nin nəhəng elliptik qanadı, üçguşəli eyvanlı konstruksiyası olub. Təyyarə çoxfunksiyalı döyüş məqsədləri üçün yaradılıb. K-7 həmçinin 128 sərnişinlik yerə malik olub.
On iki atəş qurğusu ilə də təchiz edilmiş təyyarə 16 tona qədər bomba, yaxudda 112 paraşütçü desant daşıya bilib.
K-7 təyyarəsinin bu ilk nümunəsi 1933-cü ildə qəzada məhv olub. Sonradan isə müəssisə bu tipdə təyyarənin istehsalından imtina edib.