Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun 100 illik yubileyi ilə bağlı məzarı ziyarət olunub

Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun 100 illik yubileyi ilə bağlı məzarı ziyarət olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun 100 illik yubileyi ilə əlaqədar onun ailə üzvləri ilə görüşüb.

Bu barədə Azeri Defence saytına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

General-mayor M. Şahverdiyev Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun keçdiyi həyat yolundan söhbət açıb, İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıb.

Sonrakı dövrdə müxtəlif qurumlarda Azərbaycanın inkişafı istiqamətində fəaliyyət göstərdiyini vurğulayıb.

M.Məhərrəmovun qızı Leyla Bayramovaya (Məhərrəmova) “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycanın yubiley medalı və xatirə plaketi təqdim olunub.

L.Bayramova atasının xatirəsinə göstərilən ehtirama görə ailə üzvləri adından minnətdarlığını ifadə edib.

Daha sonra general-mayor Mayıl Şahverdiyev, Xidmətin bir qrup hərbi qulluqçu Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun ailə üzvləri ilə birlikdə onun Fəxri Xiyabanda məzarını ziyarət ediblər. Qəbirüstü abidəsi önünə gül qoyub və ehtiramlarını bildiriblər.

Ziyarətdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov da iştirak edib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş