Şoyqu Azərbaycan və Ermənistan Müdafiə nazirləri ilə telefonla danışıb

Şoyqu Azərbaycan və Ermənistan Müdafiə nazirləri ilə telefonla danışıb

Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və Ermənistanın Müdafiə naziri David Tonoyanla telefon danışığı olub.

Azeri Defence saytı xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, telefon danışığı zamanı Sergey Şoyqu oktyabrın 10-da Moskvada əldə olunmuş humanitar atəşkəslə bağlı müvafiq öhdəliklərin tam icra olunmasına dair azərbaycanlı və erməni həmkarlarına çağırış edib.

KATEQORIYA:
Bu xəbəri paylaş