Şoyqu: “Laçın dəhlizi və Dağlıq Qarabağ ərazisi tamamilə Rusiya sülhməramlı bölmələrinin nəzarətindədir”

Şoyqu: “Laçın dəhlizi və Dağlıq Qarabağ ərazisi tamamilə Rusiya sülhməramlı bölmələrinin nəzarətindədir”

Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Dağlıq Qarabağdakı Rusiya humanitar missiyası ilə bağlı müşavirə keçirilib.

Azeri Defence saytının məlumatına görə, müşavirədə çıxış edən Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətə dair birgə monitorinq mərkəzinin yaradılacağı yerlə bağlı razılaşdırmanı başa çatdırır.

“Azərbaycan ərazisində atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara nəzarətlə bağlı birgə Rusiya-Türkiyə mərkəzinin yaradılması haqqında memorandumun həyata keçirilməsi çərçivəsində Türkiyə tərəfi ilə mərkəzin yeri və icra edəcəyi vəzifələrin razılaşdırılması başa çatır”, – deyə Şoyqu vurğulayıb.

Müdafiə naziri deyib ki, Rusiya sülhməramlıları kontingentinin Dağlıq Qarabağda yerləşdirilməsi tamamilə başa çatıb. Onun sözlərinə görə, Rusiyanın sülhməramlı kontingenti vəzifələrini yerinə yetirməyə başlayıb.

“Ümumilikdə 250 təyyarə reysi həyata keçirilib. 1960 nəfər, 552 ədəd texnika göndərilib. Bu gün üçün Laçın dəhlizi və Dağlıq Qarabağ ərazisi tamamilə Rusiya sülhməramlı bölmələrinin nəzarətindədir”, – deyə Şoyqu vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş