Şoyqu Rusiyanın yeni raket-artilleriya və zenit-raket kompleksləri yaratdığını açıqlayıb

Yaxın vaxtlarda uzaqmənzilli yeni zenit-raket kompleksi Rusiya Ordusunun silahlanmasına qəbul ediləcək.

“AzeriDefence”nin məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Rossiya-24” televiziya kanalına müsahibəsində deyib.

O bildirib ki, hazırda yeni idarə olunan zenit-raket sisteminin sınaqları keçirilir. Bu texnikanın silahlanmaya qəbul edilməsi də sınaq mərhələsi bitdikdən sonra reallaşacaq.

Nazir əlavə edib ki, perspektivdə 22350 layihəli gəmilər üçün də yeni raket-artilleriya kompleksinin silahlanmaya daxil edilməsi nəzərdə tutulub.

Şoyqu hər iki silahın sınaqlarının yaxın zamanlarda bitəcəyini də deyib. Lakin qeyd olunan məhsulların texniki xüsusiyyətləri barədə ətraflı danışmayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş