Şoyqu: T-50 PAK FA qırıcıları 2019-ci ildə silahlanmaya daxil olacaq

Rusiya Silahlı Qüvvələri 2019-cu ildə Т-50 (PAK FA) qırıcılarını, 2020-ci ildə isə yeni S-500 zenit-raket komplekslərini alacaq.

“AzeriDefence”nin xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Nazir bildirib ki, 2019 və 2020-ci illərdə alınacaq texnikalar (T-50 PAK FA, S-500 ZRK) hava hücumu ilə mübarizə effektivliyini daha da yüksəldəcək.

Şoyqunun sözlərinə görə, nəzərdə tutulan planların həyata keçirilməsi, qlobal zərbəyə qarşı etibarlı sipər yaradacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş