“Soyuz” kosmik raketinin uçuşu zamanı nasazlıq əmələ gəldi: Uçuş dayandırıldı

Vladimir Putin baş nazirin müavini Dmitriy Roqozinə və “Roskosmos”un rəhbəri İqor Komarova töhmət verdi

Ötən gün Rusiya prezidenti Vladimir Putinin də iştirakı ilə yeni inşa edilən “Vostoçniy” Kosmodromundan qalxacaq “Soyuz” kosmik raketinin uçuşu zamanı ciddi problem yaranıb.

“AzeriDefence”nin məlumatına görə, bu səbəbdən də uzun illərdən bəri açılışına ciddi hazırlıq görüldüyü uçuş təxirə salınıb və mərasim yarımçıq yekunlaşıb.

Hadisə ilə bağlı prezident Vladimir Putin baş nazirin hərbi-sənaye sektorundan məsul müavini Dmitriy Roqozina, “Roskosmos”un rəhbəri İqor Komarova, Elmi-Tədqiqat “NPO avtomatiki” Birliyinin direktoru Leonid Şalimova, kosmadromun inşası üzrə Dövlət komissiyasının sədir Aleksandr İvanova töhmət verib.

Məlumatda o da qeyd olunub ki, kosmik raketin yanacaq qapağı işə düşməyib. Buna səbəb isə yanacaq qapağına gedən xəttdə baş verən nasazlıq olub.

Xəttin isə Elmi-Tədqiqat “NPO avtomatiki” Birliyində istehsal olunduğu bildirilir.

Qeyd edək ki, “Voxtoçniy” kosmodromunun tikintisinə 2007-ci ildən başlanılmışdı.

 

KATEQORIYA:
Bu xəbəri paylaş