“Spike LR-2” raketinin satışı üçün ilk müqavilə imzalanıb

“Rafael Advanced Defense Systems Ltd.” şirkəti İsrail Müdafiə Qüvvələri ilə 1000-dən çox “Spike LR-2” beşinci nəsil tank əleyhinə idarə olunan raketlərin çatdırılmasına dair müqavilə imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, “Spike LR-2” raketinin atış uzaqlığı “Spike LR” ilə müqayisədə 35% artırılaraq 5.5 km-ə çatdırılıb. Helikopterdən atış zamanı isə raket 10 km-dək məsafədə hədəfləri vurmağı bacarır.

“Spike LR-2” raketi sələfi ilə müqayisədə təkmilləşdirilib. Təkmilləşdirmələr raketin şəbəkə qurğularında və əlaqə sistemində aparılıb. Raketdə tətbiq edilən yeni çoxməqsədli döyüş başlığı təsir effekktini 30% yüksəldib, zirehdəlmə qabiliyyəti artırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş