Sərhədçi zabitlərə mənzil verildi

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə Sərhəd Dəstəsinin Biləsuvar Sərhəd Nəzarət Məntəqəsində zabit və gizir ailələri üçün inşa edilən binanın açılışı olub. ADN-in məlumatına görə, yanvarın 6-da gerşəkləəşmiş açılış məərasiminə DSX rəisi, general-leytenant Elçin Quliyev də qatılıb.

Biləsuvar Sərhəd Nəzarət Məntəqəsinə gələn general E. Quliyevə öncə burada yaradılmış şərait barədə məlumat verilib. Qeyd olunub ki, 24 mənzildən ibarət 4 mərtəbəli binada hər cür müasir şərait yaradılıb.

Daha sonra rəmzi açıılışı bildirən lenti kəsən DSX rəisi bina və yaradılan şəraitlə tanış olub, mənzillərə baş çəkib. Zabit ailələrindən birinə qonaq olan DSX rəisi öz tövsiyyələrini verib.

Zabit və gizir ailələri onlara yaradılan şəraitə görə, DSX rəisinə, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran E. Quliyev bu il ərzində DSX-də 50-dək belə binanın istifadəyə veriləcəyini deyib. Generalın sözlərinə görə, bu il ərzində, həmçinin onlarla sərhəd zastayası, komendantlıq, bazaların da açılışı olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş