Sərhəddə modul tipdə inşa olunmuş zastava kompleksi istifadəyə verilib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Şəmkir Sərhəd Dəstəsinin ərazisindəki Heyvalı sərhəd zastavasının modul tipdə inşa olunmuş yeni binasının açılışı olub. ADN-in məlumatına görə, zastavanın açılışını Şəmkir Sərhəd Dəstəsinin komandiri, polkovnik Elşən Verdiyev edib.

Dəstə komandiri zastava kompleksində yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, sərhəd zastavası ərazisində torpaq çökməsinin baş verməsi səbəbindən indiyədək orada bir neçə dəfə inşa olunmuş tikililər sıradan çıxıb. Bundan sonra müasir və yüngül konstruksiyalar tətbiq etməklə, modul zastava kompleksi tikilib. Zastavada şəxsi heyətin yaşayışı və xidməti üçün bütün zəruri şərait yaradılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş