“ST Kinetics” RSTA sistemin nümayiş etdirib

Sinqapurun “ST Kinetics” şirkəti 8×8 təkər formullu “Terrex” zirehli avtomobilinin bazasında hazırlanmış kəşfiyyat, müşahidə və hədəflərin təyin edilməsi (Reconnaissance, Surveillance and Target Acquisition (RSTA)) sistemini təqdim edib. “AzeriDefence”nin məlumatına görə, yeni sistem “Singapore Airshow-2012” sərgisində nümayiş etdirilib.

RSTA kompleksinə STELOP şirkətinin sabitləşdirilmiş MİNİ-T elekto-optik müşahidə sistemi daxil edilib. Cihazlar bağlı mövqedən belə vəziyyət müşahidəni aparmaq imkanı təmin edən teleskopik dirəkdə qurulub. MINI-T dəsti termal kamera, lazer məsafəölçəni və lazer göstəricisi, gündüz kamerası ilə komplektləşdirilib. Cihazın bütün elektron avadanlıqlarla bir yerdə ümumi kütləsi 22 kq təşkil edir. Sistemin sensorları insan hədəfləri gündüz 9, gecə vaxtı isə 3 km məsafədə görməyə imkan verir.

Kompleksə müşahidə sahəsinin genişlənilməsi üçün “Skyblade 3” mini-pilotsuz uçuş aparatı daxi edilib. Pilotsuz uçuş aparatından TERREX RSTA sisteminə ötürülən bütün təsvirlər heyət üzvlərinin monitorunda görünür.

Yeni kompleksə panorama kamerası, həmçinin heyəti raketin yaxınlaşması və lazer şüalanması haqqında xəbərdar edən sistem də daxildir. Kompleks həmçinin məsafədən idarə olunan ADDER silah sistemi ilə təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş