ST Kinetics və Paramount Group region bazarı üçün güclərini birləşdirdi

Paramonut Group şirkəti Sinqapurun ST Kinetics şirkəti ilə yüksək mobilliyə malik zirehli təkərli nəqliyyat vasitələri sahəsində strateji əməkdaşlığını elan edib. Bu barədə “AzeriDefence”yə Paramount Group şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Yüksək mütəhərrikliyə malik nəqliyyat vasitələri sahəsində güclərini birləşdirməklə hər iki şirkət bazara daha güclü qorunan nəqliyyat vasitələrini təqdim etməyi planlaşdırır.

Hazırda ST Kinetics TERREX 8×8, Paramount Group Mbombe 6×6 döyüş maşınlarını, Maverick 4×4 daxili təhlükəsizlik vasitəsi, Marauder 4×4 personal daşıyıcısı və Matador 4×4 minaya qarşı qorumalı nəqliyyat vasitələrini təqdim edir.

ST Kinetics şirkətinin prezidenti Chee Jhuen deyib ki, hər iki şirkət quru nəqliyyat vasitələrinin istehsalı sahəsində tanınıb. Paramount Group şirkətinin icraedici sədri Ayvor İçikovitz isə bildirib ki, ST Kinetics ilə əməkdaşlıq rəhbərlik etdiyi şirkətin Asiya-Sakit Okeanı regionuna bir tramplini sayıla bilər: “Biz müasir müdafiəni və müştərilərimizin dəyişən tələblərini başa düşən iki innovasiyalı şirkətlərik. Biz əməkdaşlıq etməklə region bazarında daha çevik ola bilərik”.

KATEQORIYA:
Bu xəbəri paylaş