STAMP-2 nümayişə çıxarılır – FOTO

ASELSAN şirkəti yeni STAMP-2 döyüş modulu IDEF-2017 beynəlxalq müdafiə sərgisində nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”ə ASELSAN şirkətindən məlumat verilib.

Bu günə qədər 11 ölkəyə ixrac edilən Uzaqdan İdarəedilən Silah Sistemi (UKSS) xəttinin ilk məhsulu STAMP sistemi istifadəçilərin təklifi nəzərə alınmaqla daha keyfiyyətli, daha kiçik və yüngül dizaynıyla önə çıxır.

STAMP-2-ni fərqləndirən xüsusiyyətləri yığcam və yüngül dizayna malik olmasıdır. Bu da texniki göstəricilərin keyfiyyətini daha da artırır. Sistemdə silahın şaquli qalxma bucağı da artırılıb.

Daha çox istifadəçi tərəfindən istifadə olunan qrafiklər və quraşdırılmış similyator məşhur kompüter oyunlarına bənzəmir. Buna görə də sistem istifadəsini daha asan mənimsəmək mümkündür.

STAMP-2 sistemi üçün inkişaf etdirilən istifadəçi interfeysində 19 inç ekranından istifadə edilir. Ekran üzərində, gündüz görüş və termal kamera görüntülərini eyni anda sərgiləyə bilir. İstifadəçinin gündüz görüş və termal kamera görüntülərini eyni anda görməsi, tətbiq əsnasında istifadəçiyə böyük üstünlük təmin edir.

Göyərtə altında sursat saxlama imkanı sayəsində, sistemdə sursat azaldığı anda, gəmi personalı düşmənin atəşinə məruz qalmadan gəmi içərisindən sistemə sursat yüklənə bilir.

STAMP-2 sistemi həssas stabilləşdilmiş yönləndirici sayəsində müşahidə etmə rejimində (silah hədəfə istiqamətləndirilmədən) istifadə edilə bilir. 7.62 mm, 12.7 mm pulemyot və 40 mm qumbaraatan taxıla bilən döyüş moduluna 12.7 mm NSV pulemyotu da inteqrasiya oluna bilir. Bu texniki göstərici sayəsində, STAMP-2 modulunun 12.7 mm NSV silahının geniş istifadə olunduğu ölkələrdə maraq yaratması gözlənilir.

STAMP sistemində olan üstün xüsusiyyətlərin ən aktual versiyaları STAMP-2 sistemində qorunub. STAMP-2, avtomatik hədəf təsbit və təqib, avtomatik ballistik tətbiq qabiliyyətləri sayəsində yüksək vuruş performansını müvəffəqiyyətlə təmin edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş