“Steiner eOptics” şirkəti yeni lazer nişangah hazırlayıb

“Steiner eOptics” şirkəti Xüsusi Təyinatlı Əməliyyat Qüvvələri Sənayesi Konfransında ən yeni lazer nişangahının rəsmi təqdimatını edəcək.

“AzeriDefence”nin xarici mətbuata istinadən verdiyi məlumata görə, DBAL-A4 V2 lazer nişangahı ordu bölmələrinin istifadəsi üçün nəzərdə tutulub.

DBAL-A4 V2 qurğusu iş imkanına görə, DBAL-A3 nişangahının infraqırmızı spektrini özündə birləşdirir.

Yeni cihazın korpusu su keçirməyəndir, möhkəmlik və davamlılıqda standart materialların əksəriyyətini üstələyir.

“Steiner eOptics” şirkətindən bildirilir ki, yeni nişangah müxtəlif taktik mühitlərdə, bütün tələblərə
cavab verir. Gələcəkdə bir sıra xarici dövlətlərin hüquq mühafizə orqanları və ordu hissələrində istifadə ediləcək.

DBAL-A4 V2 nişangahı ABŞ-da istehsal olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş