“Steiner Optics” “ağıllı” optik nişangahını təqdim edib

“Beretta” şirkətlər qrupuna daxil olan alman firması “Steiner Optics” yeni yaratdığı “Intelligent Combat Sight” optik cihazını təqdim edib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, yeni optik nişangahın hədəfi yaxınlaşdırma məsafəsi 6×40 mm-dir. Bu isə hədəfin 6 dəfə daha yaxşı görünməsi deməkdir.

Bundan başqa cihazın özündə belə yaradılan pikatinni xəttinə əlavə olaraq, kollimator videoaxtarıcı da əlavə etmək mümkündür.  Bu da hədəfi yaxın məsafədən məhv etmək üçün nəzərdə tutulub.

Belə ki, “Intelligent Combat Sight” vasitəsilə hədəfi istənilən məsafədən atəş açmaqla məhv etmək mümkündür.

Optik cihazın əsas xüsusiyyətlərindən biri də avadanlıqda lazer məsafəölçən və multikalibrli ballistik hesablayıcının olmasıdır.

“Intelligent Combat Sight” texniki xarakteriskasında qeyd olunub ki, cihaz 7,62×51 mm, 5,56 mm, .300 “Blackout” və 300 “Win Mag” patronları ilə sınaq testlərindən keçirilib.

“Intelligent Combat Sight” ABŞ Silahlı Qüvvələrinin standartlarına uyğun hazırlanıb.

Cihaz 10 metr su dərinliyində də istifadə edil bilir. Optik nişangahın qiyməti 3500 ABŞ dollarıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş