Steyr şirkətinin yeni tüfəngi –STM556K

Avstriyanın Steyr Mannlicher şirkəti AR-15 platforması üzərində özünün yeni tüfəngini təqdim edib. “AzeriDefence”nin məlumatına görə, Steyr STM 556K adını almış tüfəng tez ayrılan lülə və gövdəyə malikdir. Lülə lülə qutusu ilə qaz blokunu birləşdirən boltun köməyi ilə asan çəkilir

Tüfəng solaxayların istifadəsi üçün də rahatdır. Həmçinin teleskopik qundaq və tapança qulpuna malikdir.

Hazırda yeni tüfəng sınaqlardan keçir.

Qeyd edək ki, 1864-cü ildən silah istehsalı üzrə fəaliyyət göstərən Steyr Mannlicher dünyada bull-pap tərtibata malik silahları ilə məşhurdur.

KATEQORIYA:
Bu xəbəri paylaş