STM 3 ölkəyə “Kargu” kamikadze dronları ixrac edəcək

STM 3 ölkəyə “Kargu” kamikadze dronları ixrac edəcək

Türkiyənin STM şirkəti tərəfindən istehsal edilən “Kargu” kamikadze dronlarının tropik, səhra və tundra iqlim şərtlərindən aparılan testləri tamamlanıb.

Bu barədə “AzeriDefence” “C4defence”ə istinadən məlumat verib.

STM mütəxəssislərinin sözlərinə görə, dünyanın bir çox bölgəsində xitmətlər üçün təklif edilən “Kargu” PUA Türkiyə Silahlı Qüvvələrinin inventarında istifadəsi ilə digər ölkələrin diqqətini cəlb edə bilib. STM üç ölkə ilə ixracat danışıqlarının aparıldığını və yaxın vaxtlarda bu ölkələrlə “Kargu” kamikadze dronlarının tədarükünə dair müqavilə imzalanacağını bildirib.

Hazırda Türkiyə Silahlı Qüvvələrinin və hüquq mühafizə orqanlarının ehtiyaclarının qarşılanması üçün 500-dən çox sifariş alan STM “Kargu” PUA-nın istehsalını davam etdirir.

“Kargu” PUA verilən koordinata və ya görüntü əsasında seçilən hədəfə kamikadze hücumu həyata keçirmək üçün təyinatlandırılıb. “Kargu” müasir hədəf aşkarlama və izləmə alqoritminə sahibdir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş